“Azərsu”-ya 52 minə yaxın müraciət edilib
2018-ci ilin 8 ayında “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı, ümumilikdə, 51829 müraciət edilib. Müraciətlərin 21609-u “ASAN xidmət”, 30220-i isə “ASAN kommunal” mərkəzlərində qeydə alınıb. Ötən müddətdə edilən müraciətlər arasında smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.
AzVision.az
Teqlər: Azərsu