Növbəti hərrac keçirilib
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış ili 1996 və 2007-dir. İştirakçı sifariş verdiyi "VAZ" markalı avtomobil üçün 1000 manat təklif edib. "Mercedes Benz" markalı nəqliyyat vasitəsinin isə hərracdakı yekun satış qiyməti 15 min 300 manat olub.
Komitə tərəfindən növbəti hərrac 18 sentyabr tarixində baş tutacaq. Növbəti hərraca ümumilikdə 172 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 88-i kiçik dövlət müəssisə və obyekti, 52-si qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.
AzVision.az
Teqlər: Hərrac