Azərbaycanda neft-qaz hasilatı artıb

Azərbaycanda neft-qaz hasilatı artıb
  13 Sentyabr 2018    Oxunub:6588
Azərbaycanda neft istehsalı 0,9 faiz, əmtəəlik qaz hasilatı isə 0,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-avqust aylarında 31,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 0,6 faiz artıb.

Sənaye məhsulunun 73 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 0,9 faiz, əmtəəlik qaz istehsalı 0,5 faiz çoxalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4 faiz artıb.
AzVision.az


Teqlər: Neft   Qaz  





Xəbər lenti