"Dollar ən aşağı səviyyəyə düşüb" - Ekspert
AzVision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, səbət valyutalara nisbətən dolların dəyər itirməsi inkişaf etməkdə olan ölkələrin də valyutalarına “müəyyən toxtaqlıq” gətirib.
V.Bayramov qeyd edib ki, dolların qlobal ucuzlaşması Rusiya rubluna təsir edib: "2 gün öncə 70 rublluq psixoloji həddi aşan Rusiya pulu bu gün dollara nisbətən 68.4 rubladək möhkəmlənib. Bununla belə, dolların səbət valyutalara nisbətən mövqeyini yaxın günlərdə bərpa edəcəyi gözlənilir. Belə ki, ABŞ-da avqust ayının inflyasiya göstəriciləri açıqlandıqdan sonra FED-in uçot dərəcəsini yüksəltməsi ehtimalları daha da artıb. Bu isə yenidən dollara güc verəcək. Amma Avropa Birliyi avronın qlobal dominatlığı ilə bağlı sistemli iş apararsa, o zaman avronun daha da möhkəmlənməsi müşahidə edilə bilər".
AzVision.az