Manatla olan əmanətlər artıb

Manatla olan əmanətlər artıb
  18 Sentyabr 2018    Oxunub:3061
Avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 49,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, əmanətlərin 62,3 faizi xarici, 37,7 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər 0,5 faiz azalıb.

AzVision.az


Teqlər: Manat   Əmanət  





Xəbər lenti