Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayan nazir, ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib. Görüş zamanı nəqliyyat, innovasiyalar və texnologiyalar sektorunda investisiyaların və birgə müəssisələrin təşviqi, eləcə də, innovasiya proqramlarının tətbiqi üzrə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.
Eyni zamanda, ölkələr arasında müvafiq sahələrdə əlaqələri intensivləşdirmək və birgə layihələrin icrası məqsədilə işçi qrupunun yaradılmasının vacibliyi vurğulanıb. Həmçinin, sözügedən qurumlar arasında yüksək texnologiyalar və innovasiyalar sahələrində seminarlar və təlimlərin təşkili, bu prosesə hər iki ölkənin ekspert və tədqiqatçılarının cəlb edilməsinə dair də fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edən Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe bildirib ki, bütün sahələrdə Avstriya-Azərbaycan əlaqələrini daha da genişləndirmək üçün əlverişli şərait mövcuddur. Vitse-kansler iki ölkə rəsmiləri arasında sıx münasibətlərin ölkələrarası əlaqələrin inkişafına xidmət etdiyini qeyd edib. Sonda “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriya Respublikası Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında Niyyət Memorandumu” imzalanıb. Memorandumu R.Quluzadə və H.Ştraxe imzalayıblar.
AzVision.az
Teqlər: Ramin-Quluzadə Avstriya