Növbəti hərrac keçirilib

  19 Sentyabr 2018    Oxunub : 4275
Növbəti hərrac keçirilib
Sentyabrın 19-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AzVision.az-a verilən məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01 faiz) ilə 99.3812 AZN (8.01 faiz) arasında olan 27 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 426 145 700, 00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01 faiz), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000 AZN təşkil edib.

Notlar oktyabrın 17-də ödəniləcək.

AzVision.az

Teqlər: BFB   Hərrac