“Azeri Light” 80 dollardan baha satılır

  20 Sentyabr 2018    Oxunub : 3927
“Azeri Light” 80 dollardan baha satılır
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar bahalaşaraq 79,76 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,61 dollar artaraq 71,73 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar bahalaşaraq 80,69 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft