Azərbaycan nefti ucuzlaşdı

  21 Sentyabr 2018    Oxunub : 3490
Azərbaycan nefti ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar bahalaşaraq 78,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,32 dollar azalaraq 70,80 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar ucuzlaşaraq 80,34 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft   Birja