“Azeri Light”ın qiyməti 80 dolları ötüb

  22 Sentyabr 2018    Oxunub : 3329
“Azeri Light”ın qiyməti 80 dolları ötüb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar artaraq 78,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,48 dollar bahalaşaraq 70,78 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar bahalaşaraq 80,36 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft