Neftimizin qiyməti 83 dollara çatır

  25 Sentyabr 2018    Oxunub : 1948
Neftimizin qiyməti 83 dollara çatır
Dünya birjalarında neftin qiyməti bahalaşır.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar bahalaşaraq 81,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,14 dollar artaraq 72,22 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,85 dollar bahalaşaraq 82,21 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft