Nazirin qəbul vaxtı dəyişdirilib

Nazirin qəbul vaxtı dəyişdirilib
  25 Sentyabr 2018    Oxunub:2930
Vergilər naziri Mikayıl Cabbarovun ötən gün Şəmkir rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı oktyabrın 1-nə keçirilib.
AzVision.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 10:00-da Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) baş tutacaq. Qəbulda Gəncə şəhərinin, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilər.

AzVision.az


Teqlər: Vergilər-Nazirliyi   Qəbul  





Xəbər lenti