Azərbaycan-Rusiya nəqliyyat əlaqələri inkişaf edir

Azərbaycan-Rusiya nəqliyyat əlaqələri inkişaf edir
  27 Sentyabr 2018    Oxunub:4616
"Azərbaycan-Rusiya nəqliyyat əlaqələri inkişaf edir. Hər iki tərəf bu əlaqələrin inkişafında maraqlıdır"
AzVision.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan-Rusiya biznes forumu çərçivəsində nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.

Onun sözlərinə görə, forum əlaqələrimizin çoxtərəfli əməkdaşlığını əks etdirir: "Həmçinin iki ölkə arasında sənədlər imzalanıb. Azərbaycanın infrastruktur şirkətləri Rusiyada fəal iştirak edirlər. Bundan başqa, iki ölkə arasında rəqəmsal nəqliyyat sisteminin yaradılması ilə bağlı müqavilə də imzalanıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: Ramin-Quluzadə   Rusiya   Forum  





Xəbər lenti