“Yeni sənaye zonaları yaradılacaq” - Nazir müavini

“Yeni sənaye zonaları yaradılacaq” - Nazir müavini
  27 Sentyabr 2018    Oxunub:5730
Azərbaycanda yeni sənaye zonaları yaradılacaq.
Bunu AzVision.az-a açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib. Nazir müavininin sözlərinə görə, Azərbaycanda sənaye zonalarının yaradılması iqtisadiyyatın əsas prioritetlərindən biridir:

"Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri uğurla davam edir və yaxın zamanlarda işlər yekunlaşacaq. Həmçinin, Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinə başlanılır. Hər iki sənaye məhəlləsində sahibkarlarla danışıqlar aparılır. Bir sıra sahibkarlıq subyektləri iştirakçı kimi qeydə alınıb".

N. Səfərov vurğulayıb ki, yeni sənaye zonalarının yaradılması ciddi iqtisadi təhlil və qiymətləndirmə tələb edir: "Azərbaycanın bir neçə iqtisadi regionu üzrə bu işlərə başlamışıq, müvafiq dövlət qurumları ilə müzakirələr aparılır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti