"Xəzər" maşınlarını alan qurumlar açıqlandı
Nazir müavini qeyd edib ki, Azərbaycanda belə bir zavodun qurulması iqtisadi əməkdaşlıq etdiyimiz bir sıra ölkələr üçün gözlənilməz olub.
"Yaxın zamanlarda 10-a yaxın maşın İqtisadiyyat Nazirliyi tərəfindən alınacaq. Həmçinin Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu maşınlar alınıb. Hesab edirəm ki, maşınlar insanların təlabatını ödəməsə, alınmazdı".
N.Səfərov ,eyni zamanda Naxçıvan Avtomobil Zavodunun ( Naz-Lifan) fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara münasibət bildirib: "Onlar öz işlərini davam etdirirlər. Düşünmürəm ki, zavodun fəaliyyəti tam dayanacaq".
Aytən Zəhra
AzVision.az
Teqlər: Nazir-müavini Maşın