Azərbaycan və Rusiya ticarətdə milli valyutaya keçməyə hazırlaşır
AzVision.az xəbər verir ki, bunu Rusiya iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov jurnalistlərə açıqlamasında deyib.
"Biz bu işdə böyük potensial görürük. Bu gün hər iki ölkədə bu cür hesablamaların həyata keçirilməsi üçün institusional mühit formalaşıb. Təbii ki, bütün tərəflər bunda maraqlıdırlar. Bu cür əməkdaşlığın inkişaf etdirilməsi bizim planlarımıza daxildir. Bu gün Azərbaycanda bir neçə Rusiya bankı təmsil olunur. Onlardan "VTB Bank" daha aktivdir. Rusiya Federasiyasında isə Azərbaycan Beynəlxalq Bankı olan "MBA-Moskva" fəaliyyət göstərir".
A.Talıbov bildirib ki, hesablaşmaların milli valyutalarda həyata keçirilməsində böyük potensial görünür.
"Biz Azərbaycanla hesablaşmaların milli valyutada aparılmasına dair davamlı siyasət aparırıq. Azərbaycanla ticarət dövriyyəsi və onun potensialın artırılmasına gəlincə, deyə bilərəm ki, bu ilin ilk 6 ayı ərzində Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilə nisbətən 10 faiz artıb. İlin son 6 ayında daha 10 faiz artma potensialını görürük. Ümumilikdə, biz sahibkarların fəaliyyətinə maneçilik yaradan bir sıra məsələlər üzərində işləyib onları aradan qaldırmalıyıq. Bu cür problemlərin həlli yolu bizim hazırladığımız planda öz əksini tapıb. Ümid edirik və əminik ki, ticarət dövriyyəsində qarşıya qoyduğumuz 15-20 faizlik artımı əldə edə biləcəyik".
Aytən Zəhra
AzVision.az
Teqlər: