Dövlət Turizm Agentliyi Rusiyada nümayəndəlik açacaq
Şöbə müdirinin sözlərinə görə, açılacaq nümayəndəliyin əsas vəzifəsi Rusiya bazarının təhlili, eləcə də keçiriləcək müxtəlif tədbirlərdə iştirak etməkdir.
S.Zeynallı əlavə edib ki, bundan başqa, nümayəndəlik Rusiyadakı turizm agentlikləri üçün seminarlar təşkil edəcək, eləcə də Azərbaycanda turizmin müxtəlif istiqamətləri barədə onları məlumatlandıracaq.
Rusiyanın turizm üzrə Federal Agentliyinin rəhbəri Oleq Safonov da Rusiyada belə bir nümayəndəliyin açılmasını dəstəklədiklərini qeyd edib. (Trend)
AzVision.az
Teqlər: