"Gömrükdə hələ də qaçaqmalçılıq müşahidə edilir" - Baş İdarə rəisi
İdarə rəisinin fikrincə, 2019-cu ilin yanvar ayından qısa idxal bəyyanaməsi əsasında ölkə ərazisinə idxal olunan malların ilkin qeydiyyatının və risklərin aparılması planlaşdırılır ki, bu da sərhəddə vaxt itkisinin minimuma endirilməsinə gətirib çıxaracaq.
Ş.Ələsgərovun sözlərinə görə, xarici ticarətlə məşğul olan şəxslər arasında aparılan davamlı maarifləndirmə işinə baxmayaraq, hələ də qaçaqmalçılıq və ya qanunsuz yollarla ölkə ərazisinə mal keçirilməsinə dair çoxsaylı cəhdlər, eləcə də idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması halları müşahidə edilir.
O, əlavə edib ki, bu kimi halların qarşısının alınması məqsədilə artıq müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Gömrük