Azərbaycan turistləri fərqli qarşıladı - VİDEO+FOTO

Azərbaycan turistləri fərqli qarşıladı - VİDEO+FOTO
  28 Sentyabr 2018    Oxunub:4652
Dövlət Turizm Agentliyi tərəfindən 27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə bir sıra tədbirlər həyata keçirilib
Dövlət Turizm Agentliyindən AzVision.az-a verilən məlumata görə, ilk dəfə olaraq ölkəmizə gələn turistlər tamamilə fərqli qarşılanıb. Belə ki, 24 saat ərzində ölkəyə hava limanından daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olunub.



Bundan əlavə, gün ərzində Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına 50% endirim tətbiq olunub, "Yanardağ" və "Atəşgah məbədi" dövlət qoruqları isə ödənişsiz fəaliyyət göstəriblər. Həmçinin Fəvvarələr meydanında milli sənətkarlıq nümunələrinin nümayişi və master-klasslar, axşam saatlarında isə canlı konsert təşkil edilib. Sənətkarların əl işlərindən ibarət sərgi 4 gün davam edəcək.



Dövlət Turizm Agentliyi tərəfindən təşkil olunacaq növbəti irimiqyaslı tədbir - Milli Turizm Sammiti 18 oktyabr 2018-ci il tarixində Bakı Konqres Mərkəzində baş tutacaq və tədbirdə Azərbaycanın yeni milli turizm brendinin təqdimatı həyata keçiriləcək.











AzVision.az


Teqlər: Turizm  





Xəbər lenti