Bu il 132,581 hektarda pambıq əkilib
Qeyd olunub ki, pambıq əkilmiş 22 rayon üzrə ən az əkin Cəlilabad (507 ha) və Samux (400 ha) rayonlarında aparılıb. Pambıq yığımına hazırlıqla əlaqədar “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərində mexanizatorlar üçün təlim kursları təşkil olunub. Kursları bitirən mexanizatorlara sertifikat verilib və onların pambıq yığımına cəlb olunmasıl nəzərdə tutulur. Pambıq yığımı ərəfəsində ölkə üzrə 353 pambıqyığan kombayn var. “Aqrolizinq” tərəfindən ölkəyə Hollandiya istehsalı olan daha 50 ədəd pambıqyığan kombaynın gətirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya verir. Sentyabrın 19-da Prezident İlham Əliyevin tövsiyə tapşırığı əsasında Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüşü keçirilib. Görüşdə pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.
Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir.
AzVision.az