“Nar” il ərzində 380 ədəd 4G stansiyası qurub
ilə müqayisədə 3 dəfə artıb.
Mobil operatorun 4G istifadəçilərinin sayı 250 min nəfərə çatıb. “Nar” cari il üçün satış üzrə də yüksək nailiyyətlər əldə edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə satış üzrə 21%, səyyar satış komanadasının yaradılması ilə ucqar kənd və ərazilərdə 77% artıma nail olub. Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran mobil operator il ərzində 170-dən çox yeni korporativ şirkət cəlb edib. “Nar” korporativ müştəriləri üçün yeni sərfəli xidmətlər (smartfon, 4G data modem və portativ internet daşıyıcısı) təklif edir.
“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke yarım ilin nəticələrini yüksək qiymətləndirib: “Biz bu il öz mövqeyimizi bazarda daha da gücləndirmişik. İrihəcmli investisiyalar yatırmaqla, şəbəkəmizi genişləndirdik, keyfiyyətimizi əhəmiyyətli dərəcədə artırdıq. Amma bununla yanaşı, yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət strategiyası siyasətinə sadiq qalırıq. Tədbir zamanı “Nar”-ın yenilənmiş brendi, şüarı və reklam filmi təqdim olundu. Yenilənmiş brendimiz müştərilərin ehtiyaclarını qarşılamaq, onların etibarlı tərəfdaşı olmaq məqsədi daşıyır. “Nar”-ın yeni - “Çünki daha çoxuna layiqsən!” şüarı məhz bu xüsusiyyətləri özündə birləşdirir və
abunəçilərə yönəlik strategiyanı özündə əks etdirir. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
AzVision.az