Azərbaycan neftinin qiyməti 86 dollara çatır

  02 Oktyabr 2018    Oxunub : 2348
Azərbaycan neftinin qiyməti 86 dollara çatır
Dünya birjalarında neftin qiyməti bahalaşır.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 85,07 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 75,61 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar bahalaşaraq 85,94 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barreli sonuncu dəfə 2014-cü il noyabrında 85 dollardan baha satılıb.

AzVision.az

Teqlər: Neft