Mikayıl Cabbarov səfirlə görüşüb

Mikayıl Cabbarov səfirlə görüşüb
  02 Oktyabr 2018    Oxunub:3818
Oktyabrın 1-də vergilər naziri Mikayıl Cabbarov Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq və onun genişləndirilməsi perspektivləri müzakirə edilib, hər iki ölkənin iqtisadi tərəfdaş kimi qarşılıqlı maraq doğurduğu vurğulanıb. Tərəflər Azərbaycanın vergi sistemində aparılan islahatlar və Macarıstanda vergi inzibatçılığı sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

AzVision.az


Teqlər: Macarıstan  





Xəbər lenti