"Rusiya aviaşirkətinin Gəncəyə uçuşlara başlaması təqdirəlayiqdir"

"Rusiya aviaşirkətinin Gəncəyə uçuşlara başlaması təqdirəlayiqdir"
  06 Oktyabr 2018    Oxunub:5640
Rusiya aviaşirkətinin Gəncəyə uçuşlara başlaması çox təqdirəlayiq hadisədir.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, aviareys Rusiyada yaşayan soydaşlarımızın birbaşa Gəncə şəhərinə uça bilmələri üçün onların rahatlıqlarına xidmət edir və iqtisadi cəhətdəndə xeyirlidir.

Naqif Həmzəyev Rusiya aviaşirkətinin Gəncəyə aviareysləri Gəncə Beynəlxalq Hava Limanının potensialının maksimum istifadəsinə xidmət etməklə yanaşı Gəncə və Azərbaycanın Qərb bölgəsində turizmin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

"Növbəti ildən Gəncə-İstanbul-Gəncə uçuşlarının sayının artırılması və Türk turistlərinin Gəncəyə gəlmələrinin təşviq edilməsi üçün planlı işlərin həyata keçirilməsi də məni çox sevindirir".

2019- cu ildə Gəncə "Avropa idman şəhəri" adına laiq görüldüyünü, bununla əlaqədar Nizami yurdunda ilboyu beynəlxalq və yerli tədbirlər keçiriləcəyini, şəhərə gələn turistlətin sayının artacağını vurğulayan millət vəkili aviareyslərin əhəmiyyətini xüsusi ilə qeyd edib.

AzVision.az


Teqlər: Gəncə   Naqif-Həmzəyev  





Xəbər lenti