Naxçıvanda 8166 nəfərə sosial sığorta müavinəti verilib

Naxçıvanda 8166 nəfərə sosial sığorta müavinəti verilib
  08 Oktyabr 2018    Oxunub:3114
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən cari ilin 9 ayı ərzində sığortaedənlər tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlərə əsasən, sığortaolunanlara məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib.
AzVision.az xəbər verir ki, muxtar respublika üzrə 8166 nəfər sığortaolunana Fondun yerli orqanları tərəfindən məcburi dövlət sosial sığortası üzrə ödəmələr edilib.

Bunlardan 243 nəfər sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 367 nəfər sığortaolunana hamiləliyə və doğuma görə, 1578 nəfər sığortaolunana uşağın anadan olmasına, 5372 nəfər sığortaolunana isə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət ödənilib.

Eyni zamanda vəfat etmiş 606 nəfər sığortaolunanı dəfn etməyi öhdəsinə götürən şəxsə isə dəfn üçün müavinət verilib. Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər üzrə vəsait sığortaedənlər tərəfindən təqdim olunmuş haqq-hesab cədvəllərindəki bank rekvizitlərinə uyğun olaraq “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti ilə, eləcə də Muxtar Respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə onların plastik bankomat kartlarına və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri vasitəsilə ünvanlarında ödənilib.

AzVision.az


Teqlər: Naxçıvan   Sığorta  





Xəbər lenti