Bu il 71 yaşayış məntəqəsinə təbii qaz verilib

Bu il 71 yaşayış məntəqəsinə təbii qaz verilib
  08 Oktyabr 2018    Oxunub:3590
2018-ci ilin yanvar-sentyabr ayları ərzində 2385,1 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 182,6 km qaz kəməri əsaslı təmir olunub.
“Azəriqaz” İB-dən AzVision.az-a verilən məlumata görə, bu il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Qax, Quba, Şabran, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 71 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

AzVision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti