Gömrükdə 7 mobil telefon müsadirə edilib

Gömrükdə 7 mobil telefon müsadirə edilib
  08 Oktyabr 2018    Oxunub:3057
Gömrükdə mobil telefonlar və aksesuarları aşkar edilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Kia Optima" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.



Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda, arxa oturacağın arxa hissəsində, sol yan örtüyün altında xüsusi düzəldilmiş gizli saxlanc yerində qutusu və aksesuarları ilə birlikdə 7 ədəd "Mİ A2 Lite" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər: Gömrük   Telefon  





Xəbər lenti