"Kriptovalyuta yüksək riskli investisiya aktividir" - Sədr müavini

"Kriptovalyuta yüksək riskli investisiya aktividir" - Sədr müavini
  09 Oktyabr 2018    Oxunub:3015
"Kriptovalyutaların ödəniş aləti kimi istifadə edilməsində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi, fırıldaqçılıq halı nəticəsində itirilmiş vəsaitin geri qaytarıla bilinməməsi, heç bir təşkilat tərəfindən aparılan əməliyyatlara zəmanətin verilməməsi, bu istiqamətdə istifadəçilərin hüquqlarının qorunmaması və s. kimi risklər mövcuddur".
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev deyib. Onun sözlərinə görə, Mərkəzi Bank kriptovalyuta problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir.

A.Quliyev bildirib ki, kriptovalyuta ilə bağlı Mərkəzi Bankın mövqeyi konservativdir. O, əlavə edib ki, kriptovalyuta yüksək riskli investisiya aktividir.

AzVision.az


Teqlər: Kriptovalyuta   Mərkəzi-Bank  





Xəbər lenti