“Azəriqaz” 171 min 566 istehlakçıya xidmət göstərib

  10 Oktyabr 2018    Oxunub : 1816
“Azəriqaz” 171 min 566 istehlakçıya xidmət göstərib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cari ildə “ASAN xidmət” vasitəsilə 171 min 566 istehlakçıya xidmət göstərib.
Birlikdən AzVision.az-a bildirilib ki, “Azəriqaz” tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin olunub.

Cari ilin 9 ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və səyyar “ASAN xidmət”ə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 171 min 566 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

AzVision.az

Teqlər: SOCAR   ASAN-xidmət