Bakı-Qəbələ dəmir yolu gələn il açılacaq

Bakı-Qəbələ dəmir yolu gələn il açılacaq
  12 Oktyabr 2018    Oxunub:5360
Bakı-Qəbələ dəmir yolu gələn il açılacaq, onun istifadəsi üçün yeni qatarlar alınacaq.
AzVision.azxəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni qatarların alınması ilə bağlı İqtisadiyyat Nazirliyində danışıqlar aparılıb. 11 elektrik qatarı və 3 yeni dizel qatarının alınmasına ehtiyac var.

C.Qurbanov, həmçinin qeyd edib ki, hazırda bu yolun 20 kilometrlik məsafədə dəmir yolu çəkilişi üçün torpaq yatağı hazırdır və işlər davam etdirilir. Gələn il turistlərin dəmir yolu ilə daşınmasını həyata keçirmək imkanı əldə olunacaq.

AzVision.az


Teqlər: Qəbələ   Dəmir-yolu  





Xəbər lenti