“Kütləvi çıxarış” kampaniyası eyni gündə 3 kənddə
Şəki rayonu üzrə keçirilən sosial aksiya zamanı çıxarışların verilməsi ilə bərabər, daşınmaz əmlakla bağlı hüquqi xidmətlər də göstərilib. Komitənin ünvanlar üzrə mobil ofislərinə hüquqi yardım üçün 50-yə yaxın vətəndaş müraciət edib. Mütəxəssislər tərəfindən sakinlərə qanunvericiliyə uyğun olaraq hüquqi məsləhətlər verilib və sualları cavablandırılıb. Çıxarış almaq istəyən vətəndaşlara isə qeydiyyat prosedurları izah olunub və onlardan hüquqmüəyyənedici sənədlər toplanıb. Eləcə də, komitə əməkdaşları müasir avadanlıqlar vasitəsilə qeydiyyata alınacaq əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərini dəqiqləşdirib.
Sosial aksiyanın gələn həftəki ünvanı Xırdalan şəhəri olacaq. Sakinlər 15-19 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsindəki (heykəlin yanı, 4 saylı orta məktəbin qarşısı) mobil ofislərə yaxınlaşa bilər.
AzVision.az
Teqlər: ƏMDK