İqtisadiyyata investisiya qoyuluşu azalıb

İqtisadiyyata investisiya qoyuluşu azalıb
  12 Oktyabr 2018    Oxunub:5876
2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 148,7 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5% az vəsait yönəldilib.
AzVision.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 20,2%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 24,4 % artıb. Ümumi sərmayənin 69,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 69,3%-i məhsul istehsalı obyektlərinin, 22,4 %-i xidmət sahələri üzrə obyektlərin, 8,3%-i isə ümumi sahəsi 1503,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 60,7%-ini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,1%, bank kreditləri 13,6%, büdcə vəsaitləri 25,7%, əhalinin şəxsi vəsaitləri 7%, büdcədənkənar fondların vəsaitləri 1,8%, sair vəsaitlər isə 0,8% təşkil edib.

AzVision.az


Teqlər: DSK   İnvestisiya   Kapital  





Xəbər lenti