İran Azərbaycan vasitəsi ilə Rusiyadan elektrik enerjisi idxal edəcək
Bu sözləri İranın energetika nazirinin müavini Homayun Hayeri yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, bu haqda razılaşma Azərbaycan və Rusiyanın müvafiq qurumlarının rəhbərləri ilə Moskvada keçirilən görüşdə əldə olunub.
H.Hayeri onu da nəzərə çatdırıb ki, Azərbaycanın elektrik enerjisini Rusiyadan İrana ötürmək üçün müasir standartlara cavab verən infrastrukturu var. (AzərTAc)
AzVision.az
Teqlər: İran Rusiya Azərbaycan Enerji