Neft Fondunun 9 aylıq gəlir və xərcləri
Üç rübdə Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 788 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 milyon manat vəsait ayrılıb. Beş milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 15,9 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 968,7 milyon manat olub.
Bu il oktyabrın 1-ə Neft Fondunun aktivləri 2018-ci ilin əvvəlinə (35 milyard 806,5 milyon ABŞ dolları) nisbətən 8,88 faiz artaraq 38 milyard 987,7 milyon dollara bərabər olub. Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına formalaşıb.
AzVision.az
Teqlər: ARDNF