Azərbaycanda 50 min ailə sosial yardım alır
Qeyd olunub ki, təkcə bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 44,8 min nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib, 865 nəfər ödənişli ictimai işlərə göndərilib. Nazirliyin xətti ilə cari ilin 9 ayında ümumilikdə 2075 nəfər peşə hazırlığına cəlb olunub.
Bu gün ölkəmizdə yoxsul ailələr ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunub. Respublika üzrə 2018-ci ilin 1 oktyabr tarixinə orta hesabla (Naxçıvan MR istisna olmaqla) 50,2 min ailə (200,2 min ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilir və ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 165,4 manatdır. Bununla yanaşı, aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi yolu ilə onların sosial yardım proqramından asılılığının aradan qaldırılmasına və kiçik ailə biznesinə sahib olmaqla sahibkarlığa çıxış əldə etmələrinə də şərait yaradılır.
AzVision.az
Teqlər: ƏƏSMN yoxsul Sosial-Yardım