Əhalinin gəlirləri 9,5 faiz artıb

  19 Oktyabr 2018    Oxunub : 3392
Əhalinin gəlirləri 9,5 faiz artıb
Bu ilin doqquz ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 9,5 faiz artaraq 39690,3 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən Azvision.az
-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4046,7 manat təşkil edib və 8,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 83,4 faizi son istehlak xərclərinə, 8,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7,4 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36465,7 milyon manatlıq vəsait qalıb.

Azvision.az

Teqlər: Statistika   Komitə   Gəlir