Azərbaycan nefti ucuzlaşdı

  19 Oktyabr 2018    Oxunub : 3406
Azərbaycan nefti ucuzlaşdı
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar ucuzlaşaraq 80,51 dollar təşkil edib.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,22 dollar artaraq 79,51 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar bahalaşaraq 68,84 dollar olub.

Azvision.az

Teqlər: Neft   Birja