“Star” Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edildi
“İzmirin Əliağa bölgəsində istifadəyə verilən “Star” neft emalı zavodu Türkiyə prezidentinin imzaladığı Qərarla ölkənin ilk Xüsusi Sənaye Zonası elan olunub. “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) 2 milyard dollarlıq sərmayələrinin bürokratik maneələr olmadan reallaşması gözlənilir”, - deyə sənəddə bəyan edilib.
Qeyd edək ki, ötə gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi olub.
Azvision.az