AQTA-da sahibkarlarla görüş keçirilib
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınmasının vacibliyini vurğulayan Agentliyin sədr müavini Rəşad Mafusov sahibkarları prosesdə aktiv iştirak etməyə dəvət edib.
Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi, işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və idxalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb.
Azvision.az