Milli valyutada olan əmanətlər artıb

Milli valyutada olan əmanətlər artıb
  20 Oktyabr 2018    Oxunub:3786
Mərkəzi Bankın məlumatına görə, sentyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 8020,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az-a bildirilib ki, əmanətlərin 63,0 faizi xarici, 37,0 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,5 faiz artıb.

Azvision.az


Teqlər: Statistika   Valyuta   Manat  





Xəbər lenti