Daşınmaz əmlakın səyyar qeydiyyatı Ələtdə
lət qəsəbəsi, Dəmiryolçular küçəsi 8 ünvanında yerləşən səyyar ofisdə sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək.
Qeyd edək ki, yeni və müasir avadanlıqların tətbiqi ilə xidmətlər ərazi idarəsi ilə əlaqə yaratmaqla həyata keçirilir. Bütün qeydiyyat xidmətlərinin struktur bölmələrdə olduğu kimi səyyar ofisdə göstərilməsi vətəndaşların daha sürətli və operativ formada mülkiyyət hüququndan istifadəsinə şərait yaradır. Yenilənmiş mobil xidmət məkanı isə eyni anda xidmətlərdən daha çox sakinin istifadə etməsinə imkan verir. Komitə əməkdaşları tərəfindən səyyar xidmətlərin göstərilməsi və hüquqi məsləhətlərin verilməsində yeniliklərin tətbiqi birbaşa vətəndaş məmnunluğunun təminatına yönəlib.
Azvision.az