Bu il Azərbaycanda 458 avtomobil istehsal olunub

Bu il Azərbaycanda 458 avtomobil istehsal olunub
  23 Oktyabr 2018    Oxunub:4798
Azərbaycanda 2018-ci ilin yanvar-sentyabr aylarında maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 228,9 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 27,4 dəfə artıb, maşın və avadanlıqların istehsalı 13,2 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 64 faiz azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 1 200 ədəd traktor, 458 ədəd minik avtomobili istehsal olunub. (Trend)

Azvision.az



Teqlər: Avtomobil   Maşın  





Xəbər lenti