Gələn il 34 şəhər və rayona dotasiya ayrılmayacaq

  23 Oktyabr 2018    Oxunub : 3254
Gələn il 34 şəhər və rayona dotasiya ayrılmayacaq
2019-cu ilin dövlət büdcəsindən 8 şəhərə və 26 rayona dotasiya ayrılmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Belə ki, 2019-cu il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 736,8 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci il ilin müvafiq göstəricisi ilə müqayisədə 83,4 milyon manat və ya 12,8 faiz çoxdur.

2019-cu ildə Azərbaycanın 8 şəhəri (Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax) və 26 rayonu (Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, ŞabranŞamaxı) xərclərini öz gəlirləri hesabına təmin edəcək.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Şəhər   Rayon   Büdcə