“Qara qızıl” kəskin ucuzlaşa bilər

  25 Oktyabr 2018    Oxunub : 4207
 “Qara qızıl” kəskin ucuzlaşa bilər
Proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalma müşahidə edilir. Son 2 gündə “qara qızıl” 5 faizdən çox dəyər itirib.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, neftin ucuzlaşmasının əsas səbəbi dünya iqtisadiyyatı üçün sağlam hesab edilməyən yüksək qiymətlər fonunda qlobal iqtisadi böhran riski olsa da belə, Səudiyyə Ərəbistanın enerji nazirinin son açıqlamasından sonra birjalarda sözügedən ölkə ətraflndakı gərginliyin qiymətləri yüksəltməyəcəyi əminliyinin formalaşması da az təsirsiz ötüşmədi.



"Buna paralel olaraq Amerika Neft İnstitutu isə Birləşmiş Ştarlarda hasilatın artması barədə açıqlama yaydı. Digər tərəfdən BP rəhbəri də neftin 1 barelinin məqbul qiymətini 60-65 dollar intervalında görür. Neft bazarı İrana tətbiq edilən yeni sanksiyaların da psixoloji və iqtisadi təsirlərinə adaptasiya olundu. Deməli, neftin qiyməti yenidən 60 dollardək azalarsa, təəccüb yaratmamalıdır. Nəinki istehlakçılar, hətta istehsalçılar da “bahalı neft dövrünün” başlanmasında maraqlı görsənmir. Birjalar “neft şokunun” təkrarlanmasında həvəsli deyil. Bu isə o deməkdir, neft bumu dövrü bütün anlamlarda geridə qaldı", - deyə ekspert vurğulayıb.

Azvision.az

Teqlər: Neft   Ekspert