Gürcüstan müxalifəti ikinci turda Vaşadzeni dəstəkləyəcək
Bakradze deyib: “Əgər seçkilərin nəticələri ilə bağlı bugünkü mənzərə təsdiq olunsa, seçkilərin ikinci turunda Qriqol Vaşadze mübarizə aparsa, biz onu dəstəkləyəcəyik. Mən bütün tərəfdaşlarımı Qriqol Vaşadzeni dəstəkləməyə çağırıram”.
David Bakradze seçkilərin ilkin nəticələrində 10,97 faiz səs toplayıb və məğlubiyyətini etiraf edib.
Məlumat üçün qeyd edək ki, prezident seçkilərinin ikinci turunda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparacaqlar.
Azvision.az