Vergilər naziri xarici həmkarları ilə görüşüb
Vergi Sammiti çərçivəsində Mikayıl Cabbarov IOTA-nın 22-ci Baş Assambleyası zamanı Təşkilatın Prezidenti seçilmiş Belçika Krallığının Federal Dövlət Maliyyə Xidmətinin İcraedici Komitəsinin rəhbəri cənab Hans Dondt ilə də görüşüb.
Görüş zamanı Azərbaycan Vergilər Nazirliyi ilə Belçikanın Federal Dövlət Maliyyə Xidməti arasında IOTA çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin əməkdaşlığın səmərəliliyinin daha da yüksəldilməsi üçün Məlumat mübadiləsi və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun imzalanmasının vacibliyi vurğulanıb.
Azvision.az
Teqlər: Vergilər-Nazirliyi