Evlərin çıxarışı üçün arxiv sənədlər onlayn əldə ediləcək

Evlərin çıxarışı üçün arxiv sənədlər onlayn əldə ediləcək
  31 Oktyabr 2018    Oxunub:4000
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir. Artıq dövlət reyestrindən çıxarış almaq üçün şəxslərin təqdim etdiyi sənədlərin arxiv əsasının olub-olmadığı anındaca onlayn müəyyənləşəcək.
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov Azvision.az-a bildirib ki, vətəndaşlar DƏDRX-in ərazi idarələrinə təqdim etdikləri sənədlərin arxiv əsasının olduğunu sübut etmək üçün Milli Arxiv İdarəsinə (MAİ) getməli olmayacaqlar.

O, qeyd edib ki, bu məqsədlə sabah ƏMDK və MAİ arasında memorandum imzalanacaq.

Azvision.az


Teqlər: Əmlak  





Xəbər lenti