“Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir
İnternetdən daimi istifadə edən iş adamları “Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 GB mobil internetdən yararlana bilər.
“Nar”-ın portativ internet daşıyıcısı isə daimi ofisdən istifadə etməyən şirkətlər üçün cəlbedici təklifdir. Belə ki, “WTTx” cihazı (“Wireless To The x”, tərc.: X nöqtəsilə naqilsiz əlaqə) vasitəsilə eyni anda 32 cihaz “Nar” şəbəkəsinə qoşularaq internetdən istifadə edə bilər.“Nar” korporativ müştərisi olmaqla, sahibkarlar öz biznes tələblərinə ən uyğun olan təkliflərdən yararlanmaqla yanaşı, keyfiyyətlirabitə və sərfəli qiymətlərdən faydalana bilərlər.
Korporativ təkliflər həm yeni qoşulan, həm də mövcud korporativ müştərilər üçün nəzərdə tutulub. Təklifə qoşulmaq və həmçinin, əlavə məlumat almaq üçün “Nar” nömrələrindən 777 qısa nömrəsinə zəng edə və ya [email protected] poçtuna yaza bilərsiniz.
Azvision.az
Teqlər: Nar