Gəmiçilik kadr dəyişiklikləri barədə məlumat yaydı
“Bildirmək istəyirik ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Şirkətdə işin səmərəliliyini daha da artırmaq üçün kadr dəyişikliyi aparılıb. Zakir Əliyev Təchizat departamentinin rəisi vəzifəsinə təyin olunub. Departamentin əvvəlki rəisi Elman Qasımov və onun müavini Vüqar Allahverdiyev isə bundan sonra fəaliyyətlərini Layihələrin idarə edilməsi Separtamentində davam etdirəcəklər.
Saytlarda AXDG-nin sədr müavini Cəbrayıl Mahmudlunun səlahiyyətlərinin əlindən alınması ilə bağlı yayılan məlumatlar da həqiqətləri əks etdirmir. O, hazırda da öz vəzifəsini icra etməkdədir. Gəmiçilik olaraq jurnalistlərə yoxlanılmamış və əsassız məlumatları tirajlamamağa çağırırıq”.
Azvision.az
Teqlər: AXDG