İpoteka üçün 162 milyon manat ayrılacaq

  06 Noyabr 2018    Oxunub : 5492
İpoteka üçün 162 milyon manat ayrılacaq
“Sosial ipotekanın əhatə dairəsi genişdir və biz bunu daha da artırmağa çalışacağıq”

Azvision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib. Nazir deyib ki, gələn il bu məqsədlə dövlət büdcə layihəsindən 162 milyon manat vəsaitin ayrılması nəzərə tutulur:
“Nəzərə alınmalıdır ki, dövlət bu vəsaiti hədsiz edə bilmir. Gələn il bu məqsədlə dövlət büdcə layihəsindən 162 milyon manat vəsait ayrılması nəzərə tutulur. Bundan əlavə isə hərbi qulluqçular üçün ayrı vəsait, şəhid ailələri üçün ayrı vəsait, məcburi köçkünlər üçün də ayrı bir zərfdə vəsait nəzərdə tutulub. Bunları birlikdə toplayanda kifayət qədər samballı zərfdən söhbət gedir".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: İpoteka   Samir-Şərifov